"Qarabağ”  gözlənilən transferi rəsmiləşdirmək üzrədi. Ukraynalı Anton Kanibolotski və polşalı Yakub Jezniçakla 2 illik müqavilə bağlayan Azərbaycan çempionu Vild Donald Qeryeylə anlaşıb.
 
Futbolinfo.az xəbər verir ki, ötən mövsüm “Alanyaspor”da forma geyən və Super Liqada adından söz etdirən 28 yaşlı futbolçu ilə müqavilənin müddəti 2 ildi. Univeriallığı ilə seçilən oyunçu həm yarımmüdafiənin, həm müdafiənin cinahında çıxış etməyi bacarır. “Alanyaspor”a gedənədək Qerye Polşa “Visla”sında forma geyib. 28 yaşlı futbolçu 2010-cu ildən formasını geydiyi Haiti yığmasında 37 oyuna çıxıb.
 
Qerye “Alanyaspor” rəhbərliyi ilə görüşərək, müqaviləsini qarşılıqlı razılaşma yoluyla ləğv edib və azad agent statusu ilə "Qarabağ”a keçib. Hazırda isə o, Ankaradadı və bura – yeni klubunun düşərgəsinə gəlmək üçün viza almaq üçün Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət edib.
 
“Qarabağ” bu transferi iyulun 6-na qədər həyata keçirmək niyyətindədir. Məhz bu tarixdə Ağdam klubu “Samtredia” ilə Çempionlar Liqasının matçları üçün yeni futbolçuları UEFA-ya sifariş etməlidi.
 
"Alanyaspor" da artıq transferi təsdiqləyib. Super Liqa təmsilçisinin baş koordinatoru Mevlüthan Çavuşoğlu “Report”a Haiti yığmasının oyunçusunu müəyyən məbləğ qarşılığında Azərbaycan komandasına buraxdıqlarını söyləyib: "Futbolçu sabah Bakıya gedə bilər. Viza məsələsi var, onu həll etməlidirlər. "Qarabağ” onun transferi üçün bizə pul ödədi. Lakin məbləği deyə bilmərəm".
 
Çavuşoğlu aşıqlamasa da, əldə etdiyimiz məlumata görə, ağdamlılar bu transfer üçün 150 min dollar xərcləyib. Futbolçu özü isə illik 400 min dollar qazanacaq.
 
Yerli oyunçulardan yalnız Abbas Hüseynovu transfer edən “Qarabağ”ın 5-ci transferi də əcnəbi olacaq. Azərbaycan klubu CAR millisinin hücumçusu Tekilo Rantieni yola gətirə bilib. Tükiyənin "Gənclərbirliyi" klubuyla 2018-ci ilin iyununadək müqaviləsi olan afrikalının Ağdam təmsilçisinə qoşulacağı və ikillik müqaviləyə imza atacağı gözlənilir.
 
Qeyd edək ki, Rantie "Qarabağ"ın forvardı Dino Ndlovuyla eyni yığmanın şərəfini qoruyur.
1768411 fanat az - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp