“Voyvodina”da olarkən Bakıda “Olimpik”ə qarşı matçda çıxış etmişəm. Həmin vaxt Novi Sadda minimalhesablı (1:0) qələbə qazanaraq səfərə yollanmışdıq. Bakıdakı matçda çətinliklə üzləşsək də (1:1), mərhələ adlamağı bacarmışdıq”. Futbolinfo.az xəbər verir ki, bunu “Mladost”un yarımmüdafiəçisi Yanko Tumbaşeviç deyib.

Monteneqro millisinin sabiq üzvü Avropa Liqasının I təsnifat mərhələsində “İnter”lə cavab görüşü öncəsi şanslarını dəyərləndirib. 2008-09 mövsümündə “Voyvodina”da olarkən UEFA Kuboku çərçivəsində “Olimpik”ə qarşı çıxış etmiş 32 yaşlı futbolçu qələbə arzusundadı.
 
Serbiya mətbuatına danışan Tumbaşeviç ilk matçda 0:3 hesablı məğlubiyyətə baxmayaraq, yaxşı oyun göstərdiklərini söyləyib: “Mərhələ şansımızı çətinə saldığımızı dərk edirik. Bununla belə, ümid edirəm ki, isti havaya baxmayaraq, özümüzdə güc tapıb, daha yaxşı futbol sərgiləyəcəyik. Sona qədər mübarizə aparacağıq. Evdəki görüşdə layiqli çıxış etsək də, əlimizə düşən şanslardan yararlana bilmədik. Məhz qol vəziyyətləri yaratmağımız bizə ümid yeri verir. Qarşıdakı illərdə avrokuboklarda uğurlu nəticələr göstərərək, ölkə futbolunun reytinqini artırmağa çalışacağıq. Bakıda qələbə bu mənada böyük stimul olar”.
 
Dayaq yarımmüdafiəçisi hələ də növbəti mərhələ şanslarının davam etdiyini düşünür: “Yaxşı oynadığın görüşdə rəqibin ilk hücumdaca qol vurması çox ağırdı. Serbiyada biz bunu yaşadıq. Ondan sonra da hücum edən tərəf biz olsaq da, yenə qol “İnter”dən gəldi. Bakıda bu tilsimi qırmağa çalışacağıq. Azərbaycanda məğlub olmamışam. Bu ənənə davam etməlidi. Həm mən, həm də bütün komanda səfərdə möcüzə etmək istəyir”.
 
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “İnter” – “Mladost” qarşılaşması saat 21:00-da başlayacaq. Apasport

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp