Madrid “Real”ının futbolçusu Fabio Koentraunun Portuqaliyanın "Sportinq" klubuna transferi rəsmiləşib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu növbəti mövsümdə icarə əsasında “Sportinq”də çıxış edəcək.

Bu barədə Portuqaliya klubunun rəsmi saytı xəbər yayıb. Mövsümün sonunda Lissabon təmsilçisi 29 yaşlı müdafiəçini transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən mövsüm “Real”da 6 oyunda iştirak edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp