Madrid “Real”ının futbolçusu Filip Linhart Almaniyanın “Frayburq” klubuna transfer olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Məlumatda bildirilir ki, 20 yaşlı müdafiəçi bir mövsümlük icarəyə götürülüb. "Frayburq" icarə müddətinin sonunda gənc futbolçunu transfer etmək hüququna da malikdi.

Qeyd edək ki, Vyana "Rapid"inin yetirməsi olan Filip Linhart Avstriya gənclər millisinin üzvüdü. O, 2014-cü ildən transfer olunduğu "Real"ın C və B komandalarında oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp