Türkiyənin "Kayserispor" klubu məşhur hücumçu Asamoa Qyanı transfer edib. Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Qana millisinin forvardı ilə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, müqavilə ilə Çinin "Şanxay SİPQ" klubuna məxsus olan 31 yaşlı qanalı futbolçu geridə qalan mövsümdə Dubayın "Əl-Əhli" komandasında icarədə oynayıb. Qyan karyerası ərzində ölkəsinin "Liberti Profeşnls", İtaliyanın "Udineze", "Modena", Fransanın "Renn", İngiltərənin "Sanderlend", Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klublarında da forma geyinib. Asamoa Qana yığmasında 103 oyunda 50 qola imza atıb. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp