Hollandiyanın "Feyenoord" klubu müdafiəçi Kevin Diksi heyətinə cəlb edib. Futbolinfo.az xəbər verir ki, Rotterdam təmsilçisi İtaliyanın "Fiorentina" klubunda çıxış edən futbolçunu icarəyə götürüb.

Məlumatı Hollandiya çempionatının son qalibi yayıb. Bildirilir ki, 21 yaşlı hollandiyalı futbolçu növbəti mövsümün sonuna kimi "Feyenoord"un uğurları üçün çalışacaq. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Vitess" klubunun yetirməsi olan müdafiəçi "Fiorentina"ya 2016-cı ildə transfer olunub. Lakin bu ilin əvvəlində "Vitess" sabiq futbolçusunu yarım mövsümlük icarəyə götürüb.

Diks Hollandiyanın gənclərdən ibarət yığmasında da çıxış edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp