Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “İnter”in qonağı olacaq “Mladost”un futbolçusu Yanko Tumbaşeviç oyunöncəsi mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi onları çətin oyunun gözlədiyini deyib:

“İnter”in böyük üstünlüyü var. İlk oyunda yaxşı hesabla qalib gəliblər. Lakin ağ bayraq qaldırmamışıq. Bura məğlub olmaq üçün gəlməmişik. Sabah qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp