İngiltərə Premyer Liqasına vəsiqə qazanan “Haddersfild” heyətini yeni hücumçuyla gücləndirib. Futbolinfo.az xəbər verir ki, sözügedən klub Fransa “Monpelye”sindən 22 yaşlı hücumçu Stiv Munyeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Gənc hücumçuyla 4 illik müqavilə bağlanıb.

Yerli mətbuatda “Haddersfild”in beninli hücumçu üçün Liqa 1 təmsilçisinə 11,5 milyon funt-sterlinq ödədiyi iddia olunur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp