Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ" bu gün klubun bazasında bir araya gəlib. 

Futbolinfo.az xəbər verir ki, 1 günlük istirahətin ardından futbolçular bu gündən etibarən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı "Samtredia"yla (Gürcüstan) matçın hazırlığına start verib.

Qeyd edək ki, "Qarabağ" – "Samtredia" matçı iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Yeri gəlmişkən qeyd edək ki, "Qarabağ" "Facebook"dakı rəsmi səhifəsi vasitəsilə transfer etməyə hazırlaşdığı Yakub Jezniçakın bu gecə saat 00:35-də Bakıda olacağını açıqlayıb. Onunla tezliklə rəsmi müqavilə imzalanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp