İtaliyanın “Fiorentina” klubunun sloveniyalı futbolçusu Yosip İliçiç klubdan ayrılıb. Futbolinfo.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi karyerasını A Seriyasının digər təmsilçisi “Atalanta”da davam etdirəcək. 

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Lakin müqavilənin detalları barədə ətraflı məlumat verilmir.

29 yaşlı futbolçu 2013-cü ildən “Fiorentina”nın şərəfini qoruyurdu. Sloveniya millisinin də üzvü olan futbolçu “bənövşəyilər”in heyətində şans qazandığı 138 oyunda 37 qol vurub, 19 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp