İspaniya çempionu "Real" 2017/18 mövsümü öncəsi ilk transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin ilk transferi əzəli rəqibi "Atletiko"dandı. 

Belə ki, "kral klubu" Madridin digər təmsilçisinin şərəfini qoruyan Teo Fernandeslə razılığa gəlib. Bu barədə "Real"ın rəsmi saytı məlumat yayıb. 19 yaşlı sol cinah müdafiəçisi ilə 6 illik müqaviləyə dair razılıq əldə olunub. 

"Real" yeni transferini iyulun 10-da "Santyaqo Bernabeu"da ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, "Atletiko"da çıxış edən müdafiəçi Lukas Ernandesin qardaşı olan Teo 2016/17 mövsümünü "Alaves"də icarədə keçirib. Fransalı futbolçu bu komandada 32 oyuna 1 qolla yadda qalıb. Teo həm də Fransanın gənclərdən ibarət yığmasının üzvüdü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp