Türkiyənin "Fənərbaxça" klubu kamerunlu qapıçı Karlos Kameninin transferini nəhayət ki, rəsmən açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi 33 yaşlı qolkiperlər 3 illik müqavilə imzalayıb. Bu barədə "sarı-lacıvərdlilər"in rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, peşəkar karyerasına ölkəsi Kamerunda başlayan qolkiper daha öncə Fransanın "Havr", "Sent Etyen", İspaniyanın "Espanyol" klublarında forma geyinib. Kamerun yığmasında da çıxış etmiş qapışı 2011-ci ildən "Malaqa"da oynayırdı.
Yeri gəlmişkən qeyd edək ki, artıq "Malaqa" "Fənərbaxça"ya buraxdığı Kameniyə əvəz tapıb. La Liqa təmsilçisi, "Espanyol"da çıxış edən Roberto Ximenesi transfer edib. 31 yaşlı ispaniyalı qolkiper icarəyə götürülüb. "Malaqa" mövsümün sonunda onun transfer hüququnu almaq şansına da malikdi. Roberto karyerası ərzində İspaniyanın aşağı yaş qrurları üzrə müxtəlif yığmaları ilə yanaşı, "Atletiko" (Madrid), "Ximnastik", "Rekreativo", "Saraqosa", "Benfika" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan) kimi klublarda da forma geyinib.