Yeni mövsümdən Topaz Premyer Liqasında debüt edəcək “Səbail” tezliklə klub saytını da istifadəyə verəcək. Azarkeşlər hələlik paytaxt təmsilçisi haqda xəbərləri klubun “feysbuk” səhifəsindən alsalar da, qarşıdakı günlərdə www.sabailfc.az da təqdim olunacaq.
 
Klubun mətbuat xidmətinin rəhbəri Firuz Abdulladan aldığımız məlumata görə, sayt tamamilə hazırdı. Sadəcə, komanda tam komplektləşdikdən sonra sayt da istifadəyə veriləcək. Klubla bağlı bütün informasiyalar dəqiqləşdikdən, geyim dəstləri, futbolçuların geyinəcəyi formalar, nömrələr müəyyənləşməli, eyni zamanda bir sıra xırda problemlər aradan qalxmalıdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp