17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyada təşkil olunan UEFA İnkişaf Turnirində növbəti oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, millimiz ikinci matçında meydan sahibləri ilə qarşılaşıb.

Qızlarımız bu matçda 4:1 hesablı qələbə qazanıblar. Vüsalə Seyfətdinovanın dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Anna Abulaşvili və Rövşanə Sərdarlı fərqlənib.

Qeyd edək ki, millimiz turnirdəki ilk matçında Maltaya 1:2 hesabıyla uduzmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp