21 yaşlılardan ibarət milli komandamızın kapitanı Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası yoxlama oyununda qüvvəsini sınayıb. Futbolinfo.az xəbər verir ki, Lissabon təmsilçisi Premyer Liqada mübarizə aparan "Belenenseş" klubu ilə üz-üzə gəlib. 

Lissabonluların baş məşqçisi bu görüşdə iki heyətlə mübarizə aparıb. O, ilk hissədə yarımmüdafiəçimizin da oynadığı əsas heyəti meydana buraxıb və ilk 45 dəqiqə 1:1 hesablı bərabərliklə başa çatıb. Mütəxəssis ikinci hissədə heyəti dəyişib və ikinci dərəcəli heyətlə oynamağa qərar verib. İkinci hissədə "Sportinq" qapısından 2 cavabsız qol buraxıb. 

Beləliklə, görüş "Sportinq"in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. (Futbol11)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp