Yeni mövsümə hazırlığı davam etdirən Slovakiya çempionu "Jilina" növbəti yoxlama matçını keçirib. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu bu kollektiv Çexiyanın "Siqma" klubu ilə qarşılaşıb. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 3:3.

Start heyətdə meydana çıxan Ramil fasilədə, hesab 0:3 olarkən əvəzlənib. Komandası cavab qollarını matçın sonlarında rəqib qapısından keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp