Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “İnter” də növbəti matçına çıxıb.

Paytaxt klubu doğma meydanda Serbiya "Mladost"u ilə qarşılaşıb. Səfərdə Luçani təmsilçisini 3 cavabsız qolla məğlub edən Zaur Svanadzenin çalışdırdığı komandamız mərhələ adlamağa çox yaxın idi. Doğma meydanda da inamlı qələbə qazanan "İnter" Avroliqanın 2-ci təsnifat mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, paytaxt klubu növbəti mərhələdə Lüksemburq "Fola"sı ilə qarşılaşacaq. Sözügedən komanda ilk mərhələdə "Milsami" (Moldova) səddini uğurla keçib (evdə 2:1, səfərdə 1:1).

Avropa Liqası
1-ci təsnifat mərhələsi
(cavab oyunu)
6 iyul
 
“İnter” – “Mladost” – 2:0
Qol: D.Silva, 23. N.Hacıyev, 74.
Sarı vərəqə: A.Peyoviç, 21; 45+3.
Qırmızı vərəqə: A.Peyoviç, 45+3.
Hakimlər: Nikolay Balakin, Vladimir Volodin, Aleksandr Korniyko, Anatoli Jabçenko (hamısı Ukrayna).
Hakim-inspektor: Robert Malek (Polşa).
UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova).
Bakı. “Dalğa Arena”.
İlk oyun – 3:0.

"İnter": 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov (2. Sertan Taşkın, 90+1), 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad (6. Samir Zərgərov, 85), 10. Elnur Abdullayev (19. Mirhüseyn Seyidov, 80), 11. Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 7. Mirsahib Abbasov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Zaur Svanadze.
"Mladost": 1. Nemanya Krznariç, 4. İvan Miloşeviç (k), 7. Saşa Yovanoviç, 12. Nenad Qavriç (20. Nenad Marinkoviç, 46), 14. Miloş Trifunoviç (32. İvan Markoviç, 70), 15. Aleksandr Peyoviç, 27. Vladimir Radivoyeviç, 28. Nikola Andriç, 31. Yanko Tumbaşeviç, 44. Boqdan Miloşeviç, 93. Miloş Şatara.
Ehtiyat oyunçular: 23. Draqan Roşiç, 8. Stefan Qoluboviç, 10. Xusniddin Qafurov, 17. İvan Peşiç, 18. Obiora Odita.
Baş məşqçi: Nenad Milovanoviç.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp