Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” də növbəti matçına çıxıb.

Komandamız səfərdə Lüksemburq "Differdanj"ı ilə münasibətlərinə aydınlıq gətirib. Doğma meydanda 2 cavabsız qolla qalib gələn təmsilçimiz mərhələ keçməyə çox yaxın idi. 

Qarşılaşma zirəlilər üçün heç də uğurlu başlamayıb. Erkən qol buraxan qəsəbə təmsilçisi ümumiyyətlə ilk yarını çox zəif keçirib. Amma fasilədən sonra "Zirə" oyunda dönüş yaratmağı bacarıb. Manqa və Qadzenin qısa vaxt ərzində vurduğu iki qol komandamıza əzmkar qələbə qazandırıb. Nəticədə, "Zirə" avrokuboklardakı debüt ilində mərhələ adlamaqla tarix yazıb.

Qeyd edək ki, "Zirə" növbəti mərhələdə Rumıniyanın "Astra" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab görüşü səfərdə olacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsi
(cavab oyunu)
6 iyul

“Differdanj” – “Zirə” – 1:2
Qol: D.Vandenbruk, 11. – D.Manqa, 64. R.Qadze, 68.
Sarı vərəqə: A.Nəzirov, 40. M.Hamzaui, 62.
Hakimlər: Boris Marhefka, Tomaş Vorel, Yan Pozor, Pavol Xmura (hamısı Slovakiya).
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan).
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan).
Differdanj Şəhər Munisipal stadionu.
İlk oyun – 0:2.

"Differdanj": 30. Jülyen Veber, 5. Tom Zibenaler (20. Jil Bettmer, 84), 9. Nikolya Perez, 11. Qotye Karon, 12. David Flerival, 17. Jordan Yeye, 19. David Vandenbruk, 21. Matias Yeniş (k), 25. Jeffri Franzoni, 28. Munir Hamzaui (7. Yannis Bastos, 71), 34. Şadli Amri (27. Dueyn Holter, 60).
Ehtiyat oyunçular: 1. Patrik Vorre, 4. Andre Rodriqes, 6. Farid İkene, 15. Culiano Cekson.
Baş məşqçi: Paskal Karzaniqa.
"Zirə": 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 6. Rəşad Sadiqov (8. Milan Duriç, 60), 9. David Manqa, 10. Kerven Belfor (13. Aleksandr Şemonayev, 80), 14. Qabriel Matei, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze (99. Nicat Qurbanov, 76).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Orxan Əliyev, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev.
Baş məşqçi: Ayxan Abbasov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp