Futbol üzrə Türkiyə Superkubokunun oynanılacağı şəhər və stadionun adına aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, "Beşiktaş"la "Konyaspor" arasında baş tutacaq görüş Samsunda keçiriləcək. Qarşılaşmanın bu şəhərdəki Samsun Yeni Stadionunda oynanılmasına qərar verilib. Həlledici qarşılaşma avqustun 6-na planlaşdırılıb.

Qeyd edək ki, "Beşiktaş" geridə qalan mövsümdə Super Liqanın, "Konyaspor" isə Türkiyə Kubokunun qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp