"Amkar"ın baş direktoru İqor Rezvuxin milli komandamızın qapıçısı Kamran Ağayevlə bağlı açıqlama verib. Adı bir müddət "Amkar"la birgə hallanan qolkiper barədə iddialara klub rəsmisi belə münasibət bidlirib.

Futbolinfo.az xəbər verir ki, Rezvuxin "championat.com"a açıqlamasında Perm təmsilçisinin 31 yaşlı qolkiperlə maraqlanmadığnı bildirib:
 
"Kamranın adını ilk dəfə eşidirəm. Bu futbolçunu nəzərdən keçirmirik. "Amkar" bu futbolçuya təklif göndərməyib".
 
Qeyd edək ki, Kamran Ağayevin son klubu Portuqaliyanın “Boavişta” klubu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp