“Sumqayıt” 2017/18 mövsümü üçün hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, hazırlıq prosesinin birinci mərhələsi çərçivəsində sözügedən komanda növbəti yoxlama oyununu keçirəcək. 

“Səbail”lə baş tutacaq görüş 8 iyul tarixində Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək. Qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında bir neçə gün öncə keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp