İngiltərənin "Lester Siti" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, sözügedən klub İspaniya "Sevilya"sının kapitanı Visente İborranı heyətinə cəlb edib.

Klub saytının yaydığı məlumata görə, yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, ispaniyalı futbolçu "Levante"nin yetirməsidi. Peşəkar karyerasına da məhz bu komandada başlayan İborra 2013-cü ildən "Sevilya"da çıxış edirdi. O, sözügedən komanda ilə 113 oyunda 24 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp