"Samtredia"nın vitse-kapitanı Nika Sandoxadze UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Qarabağ”la oyunlar öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Gürcüstan mətbuatına açıqlamasında 23 yaşlı müdafiəçi Ağdam klubunun güclü rəqib olduğunu söyləyib:

“Bizim üçün çətin oyun olacaq. Rəqibimiz təcrübəlidi, güclü heyəti və böyük Avropa təcrübəsi var. Bakıdakı oyunda bütün gücümüzü ortaya qoyacağıq. Səfərdən əlverişli nəticə ilə qayıtsaq, növbəti mərhələyə adlamaq şansımız yüksək olacaq”.

Qeyd edək ki, "Qarabağ"la "Samtredia" arasında ilk görüş iyulun 11-də Bakıda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp