Almaniyanın "Ayntraxt" klubu heyətinə yeni futbolçu cəlb edib. Futbolinfo.az xəbər verir ki, Frankfurt təmsilçisi İtaliyanın "Napoli" klubunun yarımmüdafiəçisi Conatan de Quzmanı sıralarına qatıb.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, hollandiyalı futbolçu peşəkar karyerasına yetirməsi olduğu "Feyenoord"da başlayıb. 2010-cu ildə İspaniyanın "Malyorka" klubuna transfer olunan yarımmüdafiəçi cəmi bir mövsüm sonra "Vilyarreal"a üz tutub. Bu klubda olarkən 2012-ci ildən 2014-cü ilə qədər İngiltərə "Suonsi Siti"sində icarədə oynayan De Quzman bu komandadan ayrıldıqdan sonra "Napoli" ilə anlaşıb. İtaliyada olduğu dönəmdə holland oyunçu 2016-cı ildə "Karpi" və "Kyevo"da da icarə əsasında çıxış edib.

Maraq üçün bildirək ki, "Ayntraxt"da Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov da çıxış edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp