İngiltərənin "Suonsi Siti" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispaniyalı futbolçu Roke Mesanı heyətinə qatıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

İspaniyalı oyunçunun transferi Premyer Liqa klubuna 12,5 milyon avroya başa gəlib. 

Qeyd edək ki, "Levante"nin yetirməsi olan Mesa daha sonra ölkəsində "Urakan", "Tenerife" klublarında da çıxış edib. "Las Palmas" 2012/13 mövsümündə onu Baleares "Atletiko"suna da icarəyə verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp