Almaniyanın "Leypsiq" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın PSJ komandasından 20 yaşlı hücumçu Jan-Kevin Auqustini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, gənc hücumçu ilə 5 illik müqavilə imzalanıb. Transferin digər detalları barədə məlumat verilmir.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan və peşəkar karyerasına da bu komandada başlayan fransız futbolçu ilk dəfə fərqli klubun şərəfini qoruyacaq. Auqustin həm də Fransanın U-21 millisinin üzvüdü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp