UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la Gürcüstan "Samtredia"sı arasındakı ilk oyunun biletləri satışa çıxır. Futbolinfo.az xəbər verir ki, azarkeşlər sabah – iyulun 7-si, saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Qeyd edək ki, "Qarabağ" – “Samtredia" matçı iyulun 11-də keçiriləcək və saat 21:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-di.

1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN

11-13, 29, 38 və 14-18 nömrəli sektorlar – 5AZN

VİP – 30 AZN

7444 - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp