Fransanın “Genqam” klubu Markus Türamla müqavilə bağlayıb. Futbolinfo.az xəbər verir ki, Markus əfsanəvi fransız futbolçu Lilian Türamın oğludu. 

Bu barədə məlumatı klub saytı yayıb. Ancaq futbolçu ilə neçə illik müqavilə bağlandığı barədə məlumat verilmir.

19 yaşlı Markus 2012-ci ildə “Soşo”nun gənclər, üç il sonra isə əsas komandasında debüt edib.

Kiçik Türam Fransanın gənclər və yeniyetmələrdən ibarət yığmasında oynayıb. O, 2016-cı ildə 19 yaşadək futbolçular arasında Avropa çempionu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp