Türkiyənin "Kasımpaşa" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, Super Liqada çıxış edən komanda tunisli müdafiəçi Ben Yussef ilə müqavilə imzalayıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ben Yussef son olaraq Fransa 1-ci liqasında çıxış edən "Kan"da forma geyinib. Tunis yığmasının da formasını geyinən müdafiəçi karyerası ərzində yetirməsi olduğu "Bastiya"dan başa "Tunis Esperans", "Leyton Orient" (İngiltərə) və "Astra" (Rumıniya) komandalarında da çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp