Türkiyənin "Kasımpaşa" klubu daha bir transferini rəsmən açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi misirli cinah oyunçusu Mahmud Hassanı heyətinə cəlb edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, son olaraq Belçikanın "Anderlext" komandasında çıxış edən futbolçu 1 illik icarəyə götürülüb. Lakin Türkiyə təmsilçisi bu müqavilənin müddətini mövsümün sonunda daha bir illiyə artırmaqla da bağlı prinsipial razılıq əldə edib.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Misirin "Əl-Əhli" klubunun yetirməsidi. 2016-cı ilə qədər bu klubun şərəfini qoruyan futbolçu 2015/16 mövsümündə "Anderlext" tərəfindən icarəyə götürülüb. 2016-cı ildə isə Belçika klubu onu doğma klubundan transfer hüququ ilə birgə alıb. "Trezeqe" ləqəbi ilə tanınan misirli oyunçu 2016/17 mövsümünü Belçikanın digər təmsilçisi "Muskron"da icarədə keçirib.

2014-cü ildən Misir yığmasına dəvət alan Mahmud 17 oyunda 2 qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp