"Zirə" rəhbərliyi bu gün səhər Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Lüksemburq "Differdanj"ı ilə cavab oyununun UEFA nümayəndəsinə ötən gün Füzuli rayonunda baş verən faciə nəticəsində həyatını itirən iki yaşlı Zəhra və onun nənəsinin xatirəsinə oyuna qara sarğıyla çıxmaq üçün müraciət etmişdi. 

Futbolinfo.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunu məlumatlandıran UEFA nümayəndəsi qarşı tərəfdən razılıq alındığını bildirib. UEFA yalnız "Zirə" komandasına oyuna qara sarğıyla çıxmağa icazə verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp