“Azarkeş komanda üçün ən vacib faktorlardan biridi. “Qəbələ” azarkeşlərini bizə inanmağa və dəstəkləməyə çağırıram”. Futbolinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin yeni transferi Famoussa Kone deyib.

İcarə əsasında 1 il “qırmızı-qara” formanı geyinəcək malili hücumçu azarkeşlərə müraciət edib. O, klubunun feysbuk səhifəsi vasitəsilə “Qəbələ”sevərləri komandaya dəstək olmağa çağırıb: “Avropa Liqasında uğurlu nəticələr qazanmaq üçün buna ehtiyacımız var. Biz öhdəmizə düşən keyfiyyətli oyunu oynayacağıq və azarkeşlərə göstərəcəyik ki, bizə inanmağa və bizi dəstəkləməyə dəyər. Onların qarşısına çıxacağımız ilk oyunu səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, “Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu mərhələnin matçları isə iyulun 13-də və 20-də olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp