Birinci Divizionda yeni mövsümə hazırlaşan “Şüvəlan” 9 futbolçu ilə heyətini gücləndirib. 

Futbolinfo.az xəbər verir ki, Mirkamil Həşimli, Hüseyn Axundov, Eyyub Əliyev, Orxan Səfiyaroğlu, Vəzir Musayev, Nodar Məmmədov, Mehdi Rəsulov, Şahin Əliyev və Elvin Həsənəliyev debütantla 1 illik müqavilə imzalayıb.

Premyer Liqa təcrübəsi olan daha bir neçə futbolçunun yaxın günlərdə komandaya qoşulması gözlənilir. 

Qeyd edək ki, “Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev seleksiya toplanışında iştirak edən futbolçular arasında da seçim aparır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp