"İnter Arena"nın "İnter"in əlindən alınması faktı rəsmən təsdiqlənib. Futbolinfo.az xəbər verir ki, bunu paytaxt klubunun Müşahidə Şurasının sədri Zaur Axundov açıqlayıb.

O, bu gün jurnalistlərə açıqlamasında yayılan xəbərlərin həqiqət olduğunu və növbəti mövsümdən ev oyunlarını "İnter Arena"da keçirməyəcəklərini təsdiq edib. Onun sözlərinə görə, paytaxt təmsilçisi bundan sonra "Dalğa Arena"nı özünə məskən seçəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp