Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "İnter" – "Mladost" (Serbiya) oyununda insident yaranıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində bir qrup azarkeş arasında dava düşüb.

Buna onların arasında valideyn söyüşünün dilə gətirilməsi səbəb olub. Nəticədə polis bir neçə azarkeşi aparıb. Lakin stadiondan çıxarıldıqdan sonra asayiş keşikçiləri həmin azarkeşləri buraxıblar.

Xatırladaq ki, "Dalğa Arena"da keçirilən matçda təmsilçimiz 2:0 hesabıyla qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp