"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Differdanj"ına qarşı keçirdikləri cavab matçını şərh edib. 

Futbolinfo.az xəbər verir ki, 2:1 hesabıyla (ilk oyunda 2:0) qalib gələn qəsəbə təmsilçisinin çalışdırıcısı bunları söyləyib:

"Avrokubok təcrübəmizin olmaması səbəbindən oyuna yaxşı başlamadıq və gözlənilməz qol buraxdıq. Ümumiyyətlə, ilk hissədə çox səhvə yol verdik. Vəziyyəti düzəltmək üçün fasilədə uşaqlarla danışdıq. İkinci hissədə daha yaxşı oynamağa başladıq və qələbə qazandıq. Növbəti mərhələyə çıxmağa daha layiq olduğumuzu sübut etdik. Qələbəmizi xalqımıza və Füzulidə həyatlarını itirən soydaşlarımıza həsr edirik".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp