AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "İnter"lə Serbiya "Mladost"u arasında keçirilmiş cavab oyunundan (2:0, ilk oyun 3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir:

– Bu nəticə çox sevindirdi. İlk oyundan sonra daha ümidli idik. “Zirə” də bizi sevindirdi. Bu, sevindirici haldı. “İnter” gözəl oynadı və möhtəşəm qələbə qazandı. Artıq “Qarabağ” və “Qəbələ” də növbəti həftə avrokuboklara qoşulur. Ümid edirik ki, onlar da bizi sevindircəklər. 

– “İnter”in “İnter Arena”dan uzaqlaşdırlacağı bildirilir. Komandanın son durumu necə olacaq?
– Məsələ ilə bağlı geniş qeydim yoxdu. Bu, bizim üçün də sürpriz oldu. Amma əsas odu ki, çıxış yolu tapdıq. “İnter” ev oyunlarını “Dalğa Arena”da keçirəcək. Uşaq komandaları isə çox güman ki, Bakı Olimpiya Stadionunun məşq meydançalarında məskunlaşacaq. Ümumiyyətlə, “İnter”in uşaq komandalarını saxlamaq üçün kifayət qədər yerimiz var.

– “İnter”ə milli komandaların təlim-məşq toplanışları mane olmayacaq?
– Təbii ki, mane olacaq. Bunun üçün cədvələ yenidən baxmalıyıq. Və yenidən qrafik cızacağıq. Hazırda yaydı, avqustda əsas millinin toplanışı olacaq. Gənclər isə akademiyada toplanılıb. 

– “Dalğa Arena” tam “İnter”in oldu?
– Xeyr, şərikli. Stadionun adı isə dəyişməyəcək.

– Son günlər federasiyada işçilərin dava-dalaş salması haqda xəbərlər dolaşır…
– Bununla bağlı qeydim yoxdu. Çox yalan məlumat yayıblar. Doğru deyil, heç kim dava etməyib.

– Mübahisə də olmayıb?
– Hər işdə mübahisə olur. Söz mübahisəsi işdə baş verən hadisədi. Ərizə yazan olub,  amma heç kim işdən kənarlaşdırılmayıb.

– Robert Proineçki gözə dəymir…
– Hazırda tətildədi. Amma klublarımızın səfər matçlarını izləmək fikri var, çünki bizdən təqvimi almışdı.

– Prosineçki ilə ilin sonunda başa çatacaq müqavilə müddəti uzadılacaq yoxsa, yeni məşqçi axtarışına start veriləcək?
– Bununla bağlı danışıqlara oktyabrın sonunda başlaya bilərik. “Bursaspor”la bağlı müzakirələr gedəndə söhbət etmişdik. Düşünürəm ki, oktyabrdan əvvəl müqavilə ilə bağlı söhbət etməyimiz məntiqə uyğun olmaz. 

– Öncə Prosineçki ilə danışıq aparılacaq, ya başqa məşqçi ilə?
– İlk olaraq Prosineçki ilə danışıq aparacağıq və onun müqavilə istəklərini İcraiyyə Komitəsinə bildirəcəyik. Hər şey İK-nın hansı qərar verəcəyindən asılı olacaq. 

– Yoxlama oyunları olacaq?
– Xeyr, olmayacaq. Avqustda çempionat start götürəcək. Sentyabrda isə millinin 2 oyunu olacaq. Toplanış isə Bakıda olacaq.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp