“Əsas olan mərhələ keçmək idi. Rahatlaşmadıq, evdə qələ qazanmağı bacardıq. Mərhələ adladığımıza görə çox sevinirik”. 

Futbolinfo.az xəbər verir ki, bu sözlər Bakının “İnster” klubunun hücumçusu Rauf Əliyev deyib. Millimizin hücumçusu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutan Serbiya “Mladost”u ilə cavab oyunundan (2:0, ilk oyun 3:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Oyun haqda fikirlərini bildirən Rauf, vurduğu qollara sevinmələrinə belə münasibə bildirib: 

“Oyundan əvvəl nəsə fikirləşirdik. Sadəcə, bizə UEFA-dan cəza verilə biləcəyi ilə bağlı məlumat verdilər. Əsas bizim qəlbimizdən keçən hisslərdi, hamımız Zəhra haqda düşünürük. Oyundan əvvəl də bu barədə danışmışdıq”. 

Forvard “İnter”in ikinci təsnifat mərhələsindəki rəqibi olan Lüksemburqun “Fola” klubu haqda danışıb: “Bildiyimiz kimi, rəqibimiz Lüksemburq klubu olacaq. Lüksemburqda son zamanlar futbol inkişaf edir, komandalardan biri “Reyncers”i üstələyə bildi. İnşallah, çalışacağıq ki, mərhələ keçək”.

28 yaşlı futbolçu komandadakı çətinliklərdən söz açıb: “Stadion barədə mətbuatdan oxumuşuq, bizə heç nə deyilməyib. Maliyyə məələsinə gəldikdə, axsaya-axsaya irəliləyirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp