Avropa Liqasının “İnter” – “Mladost” oyunundan əvvəl xoşagəlməz hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, oyundan əvvəl Bakı klubunun məşqçi ilə müsahibə zamanı “CBC Sport”un xanım şərhçisi Səmra Əliyevə yüngül zədə alıb. 

Belə ki, canlı yayım zamanı top onun üzünə dəyib. Amma Əliyevə özünü itirməyib. O, əsl jurnalist peşəkarlığı nümayiş etdirərək söhbəti yarımçıq saxlamayıb və yayıma davam edib.

Sonradan o, Feysbuk hesabında yazıb: “Gözümdə bir az ağrı var. Ümumilikdə hər şey yaxşıdı”.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp