“Qəbələ”nin Avroliqadakı ilk rəqibi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaq. 

Bunu 1-ci təsnifat mərhələsinin qarşılaşmaları rəsmiləşdirib. Polşalılar iki oyunun yekununda Gürcüstan “Dinamo”sunu (Batumi) mübarizədən kənarlaşdırıb – 1:0, 4:0.

“Qəbələ” və “Yagelloniya” arasında ilk oyun iyulun 13-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp