Təmsilçilərmizin avrokuboklarda bu gecə qazandığı nəticələr yeni rekordların, ilklərin yaşanmasına səbəb oldu. “Dalğa Arena”da Serbiya “Mladost”unu məğlub edən “İnter” (2:0) bununla da avrokuboklarda 13-cü qələbəsini qazandı. Bakılılar bu mənada yalnız “Qarabağ” (28) və “Neftçi”dən (16) geri qalır.
 
Bu qələbə həm də təmsilçilərimizin Serbiya klubları üzərində 3-cü zəfəridi. Maraqlıdı ki, ilk 11 matçda balkanlılara qalib gələ bilməyən komandalarmız son 3 qarşılaşmasında rəqiblərinə göz açmağa imkan vermir – 3 qələbə və 7 cavabsız qol.
 
Bundan başqa, “bankirlər” tarixində 3-cü dəfə bir rəqibini hər iki oyunda məğlub edərək mərhələ adladı. Bakılılar daha əvvəl “Xəzər Universiteti” adı altında Avstriya “Kazino”sunu (2:1, +:-) və Estoniya “Trans”ını (2:0, 5:0) hesabları ilə üstələmişdi.
 
Bu matçda fərqlənən Denis Silva isə klublarmızın heyətində avrokuboklarda 3-cü qolunu vurdu. Maraqlıdı ki, o əvvəlki 2 qolunu da məhz Serbiya təmsilçilərnin qapısından keçirmişdi. Braziliyalı müdafiəçi “Neftçi”də çıxış edərkən Belqradda “Partizan”la görüşdə (2:3) dubl etmişdi. Matçda son nöqtəni qoyan Nizami Hacıyev isə avrokuboklarda 2-ci dəfə qol vurdu. O, 5 il əvvəl Rakveredə “Trans”ı məyus etmişdi.
 
Digər təmsilçimiz “Zirə” də “İnter” kimi turu itkisiz başa vurdu. “Qartallar” Bakıda 2:0 hesabı ilə üstələdiyi “Differdanj”ı cavab matçında da məğlub etməklə (2:1) debüt mövsümündə mərhələ adlayan 2-ci komandamzı oldu. Onlara kimi “İnter”in sələfi olan “Xəzər Universiteti” İntertoto kubokunda bu nəticəni qazanmışdı. Bu uğur həm də təmsilçilərmizin luksemburqlular üzərində 4-cü matçda 3-cü qələbəsi oldu. Onlara kimi “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında “Düdelanaj”ı evdə 2:0 hesabı ilə məğlub etmiş, səfərdə isə heç-heçəyə razı olmuşdu – 1:1.
 
Bundan başqa, ilk dəfə komandalarmız hansısa mərhələdə maksimum nəticə qazanaraq mərhələ adladılar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp