“İnter”i təbrik etməyə gələnlər arasında klubun sabiq prezidenti Rəşad Qasımov da var idi. Vəzifəsindən ayrıldıqdan sonra da komandanın bütün oyunlarında görünən Rəşad bəy futbolçularla görüşüb, onları bir-bir təbrik etdi.
 
Təəssüf ki, Qasımov komandanın durumu ilə bağlı heç nə danışmaq istəmədi. O, klubda başverənlərlə bağlı aşıqlamasının düzgün anlaşılmamasının mümkünlüyündən çəkindi. Lakin qurduğu heyətin komandanı hələ də ayaq üstə saxlamasına sevindiyini gizlətmədi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp