Ayxan Abbasov avrokuboklarda mərhələ adlayan ən gənc məşqçimiz olub. Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq “Differdanj”ını keçən “Zirə”nin çalışdırıcısı 36 yaşında tur adlayıb.
 
Bunu debüt mövsümündə bacaran gənc məşqçi Azərbaycan klubları ilə mərhələ keçən 16-cı çalışdırıcı kimi tarixə düşüb. Əvvəlki 15 məşqçidən heç biri 36 yaşında buna sevinməyib.
 
Serbiya “Mladost”unu keçən (3:0, 2:0) “İnter”in çalışdırıcısı Zaur Svanadze isə 3-cü uğuruna sevinib. O, iki il əvvəl elə indiki komandası ilə ilk 2 mərhələni arxada qoymuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp