Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarından sonra təmsilçilərimizin –  “Zirə”, “İnter” və “Qəbələ”nin də növbəti rəqibləri müəyyənləşdi. Serbiya “Mladost”unu sıradan çıxaran “İnter” bu mərhələdə Luksemburq “Fola”sının rəqibi oldu.
 
Statistikaya nəzər salsaq, görərik ki, təmsilçilərimiz indiyə kimi avrokuboklarda luksemburqlulara 2 dəfə rəqib olub:
2016/17. “Qarabağ” 2:0, 1:1 “Düdelanj” (Çempionlar Liqası – ÇL)
2017/18. “Zirə” 2:0, 2:1 “Differdanj” (AL)
 
Hər iki halda təmsilçilərimiz bu ölkənin təmsilçilərini yenib. Deməli, “İnter”in Moldova “Milsami”sinə uduzmayan “Fola”nı sıradan çıxarmaq şansı az deyil. Həm də bu komanda “Zirə”nin yendiyi “Differdanj”dan güclü deyil.
 
“Differdanj”ı sıradan çıxaran “Zirə”nin rəqibi isə “Astra” olacaq.  Bu, təmsilçilərmizin rumınlarla 3-cü duelidi. Əvvəlki qarşılaşmalarda üstün tərəf təmsilçilərimiz deyil:
1998/99. “Arceş” 5:1, 2:0 “Dinamo” (Bakı) (UEFA Kuboku  – UK)
2008. “Neftçi” 2:1, 0:2 “Vasluy” (İntertoto Kuboku – İK)
 
“Zirə” debütant olduğundan bəlkə bir mərhələni keşməsini də uğur saymalıyıq. Amma “Astra” əzəmətli rəqib deyil və Rumıniya klub futbolunun üst səviyyədə olmaması ümid verir.
 
Yarışa birbaşa 2-ci təsnifat mərhələsindən başlayacaq “Qəbələ”  Polşa “Yagelloniya”sı ilə üz-üzə gələcək. Batumi “Dinamo”sunu Gürcüstan 1, evdə 4 cavabsız qolla yenən rəqib digərləri ilə müqayisədə daha güclüdü. Klublarımızın polşalılarla oyunlarının nəticələri:
1996/97. “Qutnik” 9:0, 2:2 “Xəzri” (UK)
1997/98. “Vidzev” 8:0, 2:0 “Neftçi” (ÇL)
1998/99. LKS 4:1, 3:1 “Kəpəz” (ÇL)
2000. “Zaqlembiya” 4:0, 3:1 “Viləş” (İK)
2005. “Karvan” 1:2, 0:2 “Lex” (İK)
2007/08. “MKT-Araz” 0:0, 0:1 “Qrotslin” (UK)
2008/09. “Xəzər Lənkəran” 0:1, 1:4 “Lex” (UK)
2010/11. “İnter” 0:1, 1:0 “Lex” (pen: 8:9) (ÇL)
2010/11. “Visla” 0:1, 2:3 “Qarabağ” (AL)
2012/13. “Xəzər Lənkəran” 1:1, 0:1 “Lex” (AL)
2013/14. “Qarabağ” 2:1, 2:2 “Pyast” (əlavə vaxtda) (AL)
 
Polşalılar da statistikaya görə üstün görünür. Lakin onların bu uğurları əsasən uzaq keçmişlə bağlıdı. “Qarabağ” bu ölkənin təmsilçilərini 2 dəfə mübarizədən kənarlaşdırıb. İndi də heyətini kifayət qədər gücləndirən və qitə yarışlarında əla təcrübə toplayan “Qəbələ”nin belə şansı var.
 
Qeyd edək ki, Azərbaycan klubları indiyə kimi avrokuboklarda məhz ən çox Polşa klubları ilə rəqib olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp