"Qarabağ"ın və milli komandamızın kapitanı Rəşad Sadıqov Gürcüstandadı. Bu səfər Pro kateqoriyası  təlimləri çərçivəsində gerçəkləşib.
 
Ən yüksək məşqçilik kateqoriyasına yiyələnmək istəyən mütəxəssislər qonşu ölkədə keçirilən U-19 milliləri arasında Avropa çempionatının matçlarını izləyib, təhlil hazırlayırlar. Rəşad Sadıqov İngiltərə – Hollandiya matçında olub və öz qeydlərini eləyib.
 
Qeyd edək ki, həmin matç İngiltərənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Rəşadın bu səfəri bir qədər gözlənilməzdi. Çünki o, 4 gün sonra Çempionlar Liqasında elə Gürcüstan klubu olan “Samtredia”ya qarşı məsul oyuna çıxmalıdı?!
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp