Avropa Liqasının 2-ci təsnifat mərhələsində üz-üzə gələcək cütlüklərin tərkibi tam olaraq müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ" də daxil olmaqla 16 komanda mübarizəyə məhz bu mərhələdən start verəcək. Yerdə qalan 50 kollektiv isə ilk təsnifat mərhələsindən qalib ayrılanlardı. Onların arasında "Zirə" və "İnter" də var.

Qeyd edək ki, "Qəbələ" 2-ci təsnifat mərhələsində Polşa "Yagelloniya"sı, "Zirə" Rumıniya "Astra"sı, "İnter" isə Lüksemburq "Fola"sı ilə üz-üzə gələcək.

Bütövlükdə, 2-ci təsnifat mərhələsinin bütün cütlükləri aşağıdakılardı:

Avropa Liqası
2-ci təsnifat mərhələsi

13-20 iyul

“Zirə” (Azərbaycan) – “Astra” (Rumıniya)
“Vaduts” (Lixtenşteyn) – “Odd” (Norveç)
“Botev” (Bolqarıstan) – “Beytar” (İsrail)
“Trençin” (Slovakiya) – “Bney Yehuda” (İsrail)
“Brondbü” (Danimarka) – “Vaasa” (Finlandiya)
“Altax” (Avstriya) – “Dinamo” (Brest, Belarus)
“Rabotniçki” (Makedoniya) – “Dinamo” (Minsk, Belarus)
“Hayduk” (Xorvatiya) – “Levski” (Bolqarıstan)
“İrtış” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya)
“Jelezniçar” (Bosniya və Herseqovina) – AİK (İsveç)
“Kalyu” (Estoniya) – “Videoton” (Macarıstan)
“Şkendiya” (Makedoniya) – HJK (Finlandiya)
AEK (Kipr) – “Kork Siti” (İrlandiya)
“Haqesunn” (Norveç) – “Lex” (Polşa)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Reykyavik” (İslandiya)
“Ferensvaroş” (Macarıstan) – “Midtyulland” (Danimarka)
“Şemrok Rovers” (İrlandiya) – “Mlada Boleslav” (Çexiya)
“Şturm” (Avstriya) – “Mladost” (Monteneqro)
“İnter” (Azərbaycan) – “Fola” (Lüksemburq)
“Norçepinq” (İsveç) – “Trakay” (Litva)
“Aberdin” (Şotlandiya) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina)
“Ostersunn” (İsveç) –  “Qalatasaray” (Türkiyə)
“Proqres” (Lüksemburq) – AEL (Kipr)
“Liepaya” (Latviya) – “Suduva” (Litva)
“Panionios” (Yunanıstan) – “Qoritsa” (Sloveniya)
“Kayrat” (Qazaxıstan) – “Skenderbeu” (Albaniya)
“Slovan” (Slovakiya) – “Lyunqbyu” (Danimarka)
“Osiyek” (Xorvatiya) – “Lütsern” (İsveçrə)
“Valletta” (Malta) – “Utrext” (Hollandiya)
“Valyur” (İslandiya) – “Domjale” (Sloveniya)
“Rujomberok” (Slovakiya) – “Brann” (Norveç)
“Qəbələ” (Azərbaycan) – “Yagelloniya” (Polşa)
“Apollon” (Kipr) – “Zarya” (Moldova)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp