"Bursaspor"un prezidenti Ali Ay millimizin futbolçusu Dəniz Yılmazla bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, komandanın yeni baş məşqçisi Pol Le Quenin 29 yaşlı oyunçu ilə görüşdüyünü təsdiqləyib:

"Dəniz Yılmaz özünə klub tapa bilməsə, ona ilinə 2 milyona yaxın maaş verməliyik. Baş məşqçimiz Dənizin çıxışını izləyib. Hazırda futbolçu ilə bağlı bir qərar verməyib. Təklif olsa, komandadan göndərəcəyik. Bundan əvvəl "Göztəpə" ilə onunla maraqlanıb".

Qeyd edək ki, D.Yılmaz intizamsız hərəkətlərinə görə ötən mövsüm əsas komandadan uzaqlaşdırılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp