Azərbaycan çempionu “Qarabağ” sabah UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Moldovada “Şerif”in qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
“Sabahkı oyunda şansları bərabər sayıram. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdi, çünki mərhələ keçəcək komanda ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. Ona görə də, sabah bizi çətin və maraqlı mübarizə gözləyir. Rəqibimiz olduqca təhlükəlidi, bir neçə oyun üslubundan istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm.
Penaltilər seriyasına xüsusi hazırlaşmamışıq. Düzdü, penaltilər futbolun bir hissəsidi və bu oyun da penaltilər seriyasına qədər uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna kökləməyə çalışmışıq”.