Türkiyənin "Qaziantepspor" klubu əvvəlki illərdən yığılıb qalan borclar üzündən ciddi problemlə üzləşib.
Futbolinfo.az xəbər verir ki, ötən gecə klubun bazasına verilən elektrik enerjisi kəsilib. Yerli mətbuatın yaydığına görə, həmin vaxt futbolçular axşam məşqində olublar. Lakin elektrik enerjisi kəsildiyindən, komanda üzvləri məşqi yarıda saxlayıb, bazanı tərk etmək məcburiyyətində qalıblar.
1969-cu ildə yaradılmış Qaziantep təmsilçisi 2005/06 mövsümündən çıxış etdiyi Türkiyə Super Liqasını 2014-cü ildə tərk edib və həmin dövrdən bəri özünə gələ bilmir.