Avropanın aparıcı bukmeker kontorları UEFA Çempionlar Liqasında iştirak edən klubların mərhələ adlamaq şanslarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, qrup mərhələsinin 32 iştirakçısının 1/16 finala yüksəlməsi üçün pul qoyuluşları bəlli olub. Azərbaycan çempionu “Qarabağ”ın ilk iki yerdən birini tutmaq şansı 41,00 əmsalı ilə dəyərləndirilib. Bu da o deməkdi ki, çempionumuz qrupdan çıxsa, onlara pul qoyuluşu edənlər 41 qat qazanc əldə edəcək. C qrupunda çıxış edən təmsilçimiz digər üç rəqibi ilə müqayisədə daha az şansa malikdi.

İngiltərə “Çelsi”sində bu rəqəm 1,33, İspaniya “Atletiko”sunda isə 1,36-dı. İtaliya “Roma”sı əsas favoritlərdən az geri qalır – 1,60.

Ümumiyyətlə isə “Qarabağ” 32 komanda arasında 31-ci göstəriciyə malikdi. Yalnız Kipr APOEL-inin mərhələ keçməsinə inam daha azdı – 51,00. Bu da onların “Real”, Dortmund “Borussiya”sı və “Tottenhem”lə eyni qrupa düşməsi ilə bağlıdı.

ÇL-in ən şanslıları isə “Barselona”, “Bavariya” və PSJ-di. Onların qrupdan çıxmaq ehtimalı 1,01-di. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp